Fasiləyə lider mövqeyində

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində keçirilən Beynəlxalq Şahmat Federasiyasının (FİDE) “Qran-pri” yarışları seriyasından birinci mərhələ turnirinin birinci yarısını yaxşı əhval-ruhiyyə ilə başa vurmuşdur.

Qrossmeysterimiz on səkkiz rəqibin mübarizə apardığı doqquz turdan ibarət yarışın ilk beş turunda ən yaxşı nəticə göstərən iki iştirakçıdan biri olmuşdur. Dörd-beşinci raundlarda müvafiq surətdə ingiltərəli Maykl Adamsa qalib gəlib ötən ilin sentyabrında Bakıda 42-ci Ümumdünya Şahmat Olimpiadasında ABŞ komandası heyətində çempion olmuş Hikaru Nakamura ilə heç-heçə oynayan Məmmədyarov beş görüşdə 3,5 xal toplamışdır. Şəhriyar finişə dörd tur qalmış onunla eyni nəticə göstərən fransalı Maksim Vaşye-Laqravla birinci-ikinci yerləri bölüşdürür.

Turnir cədvəlində liderlərin ən yaxın izləyiciləri isə onlardan yarım xal geri qalan Adams, rusiyalılar Aleksandr Qrişuk və Dmitri Yakovenkodur.

Dünən turnirdə istirahət günü idi. Bu gün keçiriləcək altıncı turda Məmmədyarov qara fiqurlarla Yakovenkoya qarşı oynayacaq.

Azərbaycan milli komandasının daha bir üzvü Rauf Məmmədov isə bu günlər, xəbər verdiyimiz kimi, Rusiya paytaxtının qonağıdır. Təmsilçimiz Moskvada keçirilən “Aeroflot Open-2017” beynəlxalq turnirinin ilk iki turunda Belarus şahmatçısı Sergey Jiqalko və yunanıstanlı Vasilios Kotronias ilə heç-heçə oynamışdır.

O.BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında