Rauf Məmmədov “Kosmos”da

Moskvanın “Kosmos” mehmanxanasında “Aeroflot Open-2017” beynəlxalq şahmat festivalına start verilmişdir.

Çoxdan ənənəyə çevrilib artıq 15-ci dəfə təşkil edilən festival üç turniri özündə birləşdirir və onun iştirakçıları arasında Azərbaycan şahmat məktəbinin yetirmələri də vardır.

Ən güclülərin çıxış etdikləri “A” qrupunda 96 rəqib, o cümlədən 77 qrossmeyster yarışır. Milli komandamızın üzvü Rauf Məmmədov reytinqə görə onların siyahısında yeddincidir (2688). Çin şahmatçısı Yu Yanginin (2738) başçılıq etdiyi siyahıda ikinci-üçüncü yerlərdə rusiyalı qrossmeysterlər Nikita Vityuqov (2724) və Ernesto İnarkiyevdir (2723).

Martın 1-də başa çatacaq turnir İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. 

“A” turnirinin qalibi iyulun 13-dən 24-dək Almaniyanın Dortmund şəhərində keçiriləcək superturnirdə çıxış etmək imkanı qazanacaq.

Azərbaycanın daha bir şahmatçısı Nərmin Xələfova isə “B” turnirində mübarizə aparır. Bu qrupda 109 rəqib yarışır, onlardan 19-u qrossmeysterdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında