İdman

Superliqa: beşinci tur
"Sərhədçi" Olimpiya İdman Mərkəzində qadın voleybol komandaları arasında Azərbaycan çempionatının beşinci turunun oyunları keçirilmişdir. Çempionlar Liqası yarışlarında inamla çıxış edərək dörd turdan sonra "E" qrupunun turnir cədvəlinə başçılıq edən "Rabitə" bizim Superliqada növbəti qələbəsinə asanlıqla nail olmuşdur. "Şirvan" ilə görüşdə qeydə alınmış 3:0 hesabı da bunu təsdiq edir.
"Azərreyl"- "İqtisadçı" qarşılaşması isə əvvəldən axıradək gərgin mübarizə şəraitində davam etmişdir. Bu oyunun taleyi yalnız beşinci hissədə həll olunmuşdur. Həlledici hissədə qalib gəlib oyunu 3:2 hesabı ilə öz xeyrinə başa çatdıran "Azərreyl" meydandan daha yaxşı əhval-ruhiyyə ilə ayrılmışdır. Turun digər görüşündə "Lokomotiv" voleybolçuları "Bakı"nı məğlubiyyətə uğratmışlar - 3:1.
Beş turdan sonra çempionatda liderlik edən "Azərreyl"in 9 xalı vardır. Sonrakı iki yeri hərəyə 8 xalla "Rabitə" və "İqtisadçı" komandaları tuturlar.
Xatırladaq ki, "Azərreyl", "İqtisadçı" və "Lokomotiv" Avropa Voleybol Konfederasiyasının "Çelenc kuboku" turnirində ilk sədləri uğurla dəf etmişlər və bu klublarımızı yanvarın birinci yarısında müvafiq surətdə Yunanıstanın "Olimpiakos", Serbiyanın "Tent" və Avstriyanın "Lints-Şteq" komandaları ilə 1/16 final görüşləri gözləyir.{nl}

Azərbaycan çempionları məlumdur
Cüdo üzrə ölkə çempionatının birinci günü Şağan Olimpiya Kompleksinin tatamiləri üzərində öz çəki dərəcələrində bütün rəqiblərindən yüksək ustalıq nümayiş etdirib fəxri kürsünün zirvəsində təbrikləri qəbul edən İlqar Muşkiyev (60 kq), Tərlan Kərimov (66 kq) və Ramil Qasımovun (73 kq) bu müvəffəqiyyətindən sonra ertəsi gün digər çəkilərdə də çempionlar müəyyənləşmişdir.
Rüstəm Alimli (81 kq), Ramin Qurbanov (90 kq), Şahin Məmmədov (100 kq) və Emil Tahirov da (100 kq-dan yuxarı) finişə çatmaqda olan ilin son yarışını qızıl mükafatla başa vurmuşlar. İki il əvvəl Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında 73 kq çəki dərəcəsində çempion olmuş Elnur Məmmədlinin Azərbaycan çempionatında 90 kq çəkidə bürünc medal qazandığını da qeyd edək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında