Vaşye-Laqravla heç-heçə

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində keçirilən FİDE-nin “Qran-pri” turnirinin  üçüncü turunda yarışın lideri fransalı Maksim Vaşye-Laqrav ilə görüşmüşdür. Təmsilçimizin qara fiqurlarla oynadığı  görüş 51-ci gedişdə heç-heçə nəticələnmişdir.

Üç turdan sonra turnir cədvəlinin ən yüksək pilləsində olan Vaşye-Laqravın 2,5 xalı vardır. Onun ən yaxın izləyiciləri, ikinci-dördüncü yerləri bölüşdürən Məmmədyarov, ingiltərəli Maykl Adams və ABŞ təmsilçisi Hikaru Nakamura hərəyə 2 xal toplamışlar.

Dünən keçirilən dördüncü turda Azərbaycan şahmatçısı Adams ilə görüşmüşdür. On səkkiz rəqibin mübarizə apardığı bu yarış İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir.

Oqtay BAYRAMOV, 
“ Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında