Azərbaycanla Sankt-Peterburq arasında gənclər sahəsində əməkdaşlığa dair protokol imzalanmışdır

Azərbaycan Gənclər və İdman Nazirliyinin dəvəti ilə Sankt-Peterburq Hökumətinin Gənclər Siyasəti və İctimai Təşkilatlarla Qarşılıqlı Əlaqələr Komitəsinin sədri Sergey Qrişinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda səfərdədir.
Aprelin 21-də qonaqlar Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı üzərinə gül dəstələri düzmüşlər.
Sonra Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarına güllər qoyulmuşdur.
Elə həmin gün gənclər və idman naziri Azad Rəhimov qonaqlarla görüşmüşdür. Nazir qonaqlara ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən və idman sahəsində əldə edilmiş nailiyyətlər haqqında geniş məlumat vermişdir. Görüşdə gənclərlə iş sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir. Eyni zamanda, gənclər sahəsində əməkdaşlığa dair protokol imzalanmışdır.
Sankt-Peterburq Hökumətinin Gənclər Siyasəti və İctimai Təşkilatlarla Qarşılıqlı Əlaqələr Komitəsinin sədri Sergey Qrişin imzalanmış sənədin iki ölkə arasında gənclər sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcəyini bildirmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında