FİDE “Qran-pri”sində uğurlu start

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində keçirilən FİDE-nin “Qran-pri”yarışları seriyasından birinci mərhələ turnirinə inamla başlamışdır. Qrossmeysterimiz start turlarında ispan Fransisko Valyexo ilə heç-heçə oynamış və rusiyalı Yevgeni Tomaşevskiyə qalib gəlmişdir.

İki turdan sonra ingilis Maykl Adams kimi 1,5 xal toplayan Məmmədyarov “Qran-pri”nin ilk üç liderindən biridir. Turnir cədvəlinə isə 2 xala malik Maksim Vaşye-Laqrav (Fransa)  başçılıq edir.

İsveçrə sistemi üzrə keçirilən və mükafat fondu 130 min avro olan yarışda 18 qrossmeyster mübarizə aparır. Mərhələnin qalibi 170 zaçot xalı alacaq və 20 min avro məbləğində mükafat qazanacaq.

Əvvəllər xəbər verdiyimiz kimi, “Qran-pri” yarışları dörd mərhələdən ibarətdir. Qalan üç turnir  mayda Moskvada (Rusiya), iyulda Cenevrədə (İsveçrə) və noyabrda Palma-de-Malyorkada (İspaniya) təşkil olunacaq. Finişdə yarışların yekununda birinci-ikinci yerləri tutan qrossmeysterlər iddiaçıların turnirinə vəsiqə qazanacaqlar. Qarşıdakı mərhələlərdə daha bir Azərbaycan şahmatçısı Teymur Rəcəbov da iştirak edəcək. Ümumiyyətlə, “Qran-pri”lərdə 24 nəfər çıxış edəcək. Onların hər biri üç mərhələdə yarışacaq.

Hələlik isə Şarcada turnir getdikcə sürətini artırır. Dünən üçüncü turun görüşləri keçirilmişdir. Məmmədyarov bu dəfə qara fiqurlarla Vaşye-Laqrava qarşı oynamışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında