Münxen və Madriddə qollarla zəngin oyunlar

UEFA Çempionlar Liqası turnirinin səkkizdəbir final mərhələsinin birinci raundunun növbəti iki oyununda hakimlər üst-üstə 10 qol qeydə almışlar. Bu görüşlərdə meydan sahibləri rolunda çıxış edən klublar fərqlənmişlər.

Almaniyanın “Bavariya” komandası “Arsenal”a (İngiltərə), demək olar, heç bir ümid yeri qoymamışdır. Münxenlilərin dörd top üstünlüklə qələbəsi (5:1) onları dörddəbir finala çox yaxınlaşdırmışdır.

Həmin axşam Madridin “Santyaqo Bernabeu“ stadionunda da azarkeşlər darıxmalı olmamışlar. “Real” İtaliyanın “Napoli” komandasının bir qoluna üç topla cavab vermişdir—3:1.

Hər iki cütdə cavab görüşləri martın 7-də  oynanılacaq.

Liqanın səkkizdəbir finalının daha dörd oyunu gələn həftə keçiriləcək. Fevralın 21-də “Mançester Siti” (İngiltərə) “Monako”nu (Fransa), “Bayer” (Almaniya) “Atletiko”nu (İspaniya), bundan bir gün sonra isə “Sevilya” (İspaniya) “Lester”i (İngiltərə) və “Portu” (Portuqaliya) “Yuventus”u (İtaliya) qəbul edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında