19 fevral: “Qəbələ” – “Qarabağ”

“Kəpəz”–“Qarabağ” (0:1), “Zirə”–“Qəbələ” (2:2) görüşləri ilə starta çıxıb AZAL–“İnter” (0:1) və “Neftçi”–“Sumqayıt” (1:0) oyunları ilə başa çatan Topaz Premyer Liqasının 18-ci turundan sonra liderlərin rəqabətində fərq artmışdır. İndi 42 xalla turnir cədvəlinin zirvəsində olan Ağdam klubu çempionluq mübarizəsində əsas rəqibi “Qəbələ”dən (39) üç xal irəlidədir.

Üçüncü pillədə irəliləyən “İnter” də öz növbəsində xal ehtiyatını 32-yə çatdırmaqla “Qəbələ”yə bir qədər yaxınlaşmışdır.

Əgər hərəyə 22 xalla dörd-beşinci yerləri bölüşdürən “Sumqayıt” və “Zirə”nin “İnter”dən 10 xal geri qaldıqlarını, üçüncü dövrənin isə tədricən finişə yaxınlaşdığını nəzərə alsaq, düşünmək olar ki, çempionatın sonunda yekun cədvəlində mükafatçılar üçlüyünü məhz indiki liderlər üçlüyü təşkil edəcək.

Növbəti, 19-cu turun oyunları fevralın 18-19-na təyin edilmişdir. Bu turda bütün nəzərlər “Qəbələ”–“Qarabağ” görüşünə yönələcək. Qarşıdakı oyunun qiyməti əslində 6 xala bərabər olacaq. Meydan sahibi rolunda çıxış edəcək “Qəbələ” qələbə qazansa,  ardıcıl dördüncü çempionluğun sevincini yaşamaq arzusunda olan Ağdam klubuna çatacaq, “Qarabağ” isə müvəffəqiyyət təqdirində indiki fərqi ikiqat artırıb 6 xala çatdıracaq. Həqiqətən, fevralın 19-da 19-cu tur çərçivəsində keçiriləcək “Qəbələ”–“Qarabağ” görüşü hər iki rəqib üçün çox böyük əhəmiyyət kəsb edir.

Turun şənbə və bazar günlərində izləyəcəyimiz qalan oyunlarını da diqqətinizə çatdıraq: “İnter”–“Zirə”, “Neftçi”–“Kəpəz, “Sumqayıt”–AZAL.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında