Parisdən Bakıya üç medalla

İki gün ərzində Fransa paytaxtında keçirilmiş və Beynəlxalq Cüdo Federasiyasının təqvimində ən nüfuzlu, ən mötəbər yarışlardan biri olan “Böyük dəbilqə” turniri azərbaycanlı tatami ustalarının üç bürünc medalı ilə yadda qalacaq.

Ölkəmizə həmin mükafatları 60 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov, Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov (73 kq) qazandırmışlar.

Nəticədə Azərbaycan yığması üç medalla 60-dan çox dövlətin təmsilçilərinin iştirak etdiyi yarışda komanda hesabında 13-cü yeri tutmuşdur.

Turnirdə ən böyük müvəffəqiyyətə  müvafiq surətdə finişə ilk üç yerdə çatan Yaponiya, Koreya və Fransa komandaları sahib olmuşlar.

Başlıcası isə, Parisdə “Böyük dəbilqə” turniri Azərbaycan idmançıları üçün gündən-günə yaxınlaşmaqda olan IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq istiqamətində çox faydalı olmuş, ən yaxşı tatami ustalarımıza ilin ilk ciddi sınağında kəskin rəqabət şəraitində hazırlıq səviyyələrini yoxlamaq imkanı vermişdir.

Onu da qeyd edək ki, cüdoçular bu il daha bir neçə belə mötəbər yarışda iştirak edəcəklər. Onlar martda Bakıda, mayda Rusiyanın Yekaterinburq şəhərində, oktyabrda Əbu-Dabidə (Birləşmiş Ərəb Əmirlikləri), dekabrda Yaponiyanın paytaxtı Tokioda görüşəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında