İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Liderlərin xeyrinə 2:0

 

Topaz Premyer Liqasının turnir cədvəlinin ən yüksək pillələrində yanaşı addımlayan “Qarabağ” və “Qəbələ” 17-ci turda qızıl medallara doğru daha bir addım atmışlar. Hər iki lider öz pərəstişkarları qarşısında eyni hesabla qələbə qazanmışdır. Ağdam klubu “Zirə”ni, “Qəbələ” isə AZAL-ı iki cavabsız qolla məğlubiyyətə uğratmışlar–2:0.


   Bu oyunlardan sonra “Qarabağ”ın 39, “Qəbələ”nin 38 xalı vardır. Fevralın 12-də 18-ci turun görüşlərində liderlər rəqib meydanında çıxış edəcəklər. Ölkə çempionumuzu Gəncəyə səfər gözləyir, Qəbələ futbolçuları da öz növbələrində “Zirə”nin qonağı olacaqlar.

On yeddinci turun digər iki oyunu  belə nəticələnmişdir: “Sumqayıt” – “Kəpəz” – 3:1, “İnter” – “Neftçi” – 1:3.

 

FİFA növbəti reytinq cədvəlini açıqlamışdır

 

Beynəlxalq Futbol Federasiyası (FİFA) milli komandaların fevral ayı üçün reytinq cədvəlini açıqlamışdır. Azərbaycan yığması 388 xalla 89-cu pillədədir.

Dünya çempionatı–2018-in seçmə yarışlarının “C” qrupunda komandamızın rəqibləri Almaniya (1433) 3-cü, Şimali İrlandiya (772) 35-ci, Çexiya (669) 46-cı, Norveç (426) 81-ci, San-Marino (17) 202-ci yerdədirlər.

Reytinq cədvəlinin ilk iki pilləsində Argentina (1635) və Braziliya (1525) irəliləyirlər.

 

ABU  Polşada

 

Qadın komandaları arasında Avropa Həndbol Federasiyasının “Çellenc kuboku” yarışlarının birinci mərhələsində Belçikanın “Femina Vise”  klubunu mübarizədən kənarlaşdıran Bakının ABU komandası növbəti sınaq ərəfəsindədir. Turnirin səkkizdəbir finalında təmsilçimizin rəqibi Polşanın “Kram Start Elblonq” klubudur.

Qarşılıqlı razılığa əsasən, hər iki oyun bu gün və sabah polyakların meydanında keçiriləcəkdir. İki görüşün yekununda qalib komanda dörddəbir finala çıxıb fəxri mükafat uğrunda mübarizədə yoluna davam edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında