İdman

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Aeroflot Open–2017”: növbəti “uçuş”

 

Fevralın üçüncü ongünlüyündə Moskvada keçiriləcək “Aeroflot Open–2017” beynəlxalq şahmat festivalı 260-dan çox iştirakçını, o cümlədən 81 qrossmeysteri öz bayrağı ətrafına toplayacaq. Rusiyanın e3e5 saytının bu barədə yaydığı xəbərə görə festival üç turniri özündə birləşdirəcək.

Ən güclülərin daxil olduğu “A” qrupunda Azərbaycanı Rauf Məmmədov təmsil edəcəkdir. Qrossmeysterimiz reytinqə görə iştirakçılar arasında altıncıdır (2688).  Siyahının ilk üç pilləsində çinli Yu Yangin (2738), rusiyalılar Nikita Vityuqov (2724) və Ernesto İnarkiyev (2723) yer almışlar.

Ölkəmizin şahmat məktəbinin daha bir yetirməsi Nərmin Xələfova (2250) isə “B” qrupunda çıxış edəcək. Festival turnirləri fevralın 21-də başlayıb martın birinci günü finişə çatacaq.

 

Dünya Kuboku sahibini gözləyir

 

Fevralın 16-17-də İran İslam Respublikasının Kirmanşah şəhərində keçiriləcək sərbəst güləş üzrə Dünya Kuboku yarışı idmanın bu növünün pərəstişkarları arasında, şübhəsiz, böyük marağa səbəb olacaq. Turnirin mükafatları uğrunda səkkiz komanda mübarizə aparacaq.

Püşk nəticəsində Azərbaycan milllisi Rusiya, ABŞ və Gürcüstan yığmaları ilə birlikdə “A” qrupunda çıxış edəcək. Digər dörd komanda İran, Türkiyə, Hindistan və Monqolustan güləşçiləri isə “B” qrupunda “münasibətləri aydınlaşdıracaqlar”.

Yarışın birinci günü qrup turnirlərinə yekun vurulacaq, ertəsi gün final görüşləri keçiriləcək.

Qarşıdakı turnir haqqında məlumat verən Azərbaycan Güləş Federasiyasının saytı xatırladır ki, milli komandamız DK-2016-da beşinci yeri tutmuş, 2004 və 2009-cu illərdə isə kuboka sahib olmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında