İdman xəbərləri

İlin son döyüşləri
Dünən Bakı İdman Sarayında starta çıxmış boks üzrə Azərbaycan çempionatı artıq finişin astanasında olan 2010-cu ildə ən yaxşı dəri əlcək ustalarımızın qüvvələrinə son baxışdır.
Ölkə çempionatı rinqində 150-yə qədər boksçu mübarizə aparır. Bu yarışda fərqlənənlər yığma komandanın təlim-məşq toplanışına cəlb olunacaqlar. Çempionatın qalibləri dekabrın 25-də keçiriləcək final görüşlərindən sonra məlum olacaq. Turnir boks həvəskarlarımıza maraqlı və gərgin döyüşlər vəd edir.

{nl}

Birinci dövrənin qalibi - "Trabzonspor"
Türkiyə Superliqasında birinci dövrəyə yekun vurulmuşdur. Çempionatın arxada qalan məsafəsində ən yaxşı nəticəni "Trabzonspor" göstərmişdir. Şenol Günəşain yetirmələri 17 oyunda 42 xal toplamışlar. İkinci mövqedə olan "Bursaspor" liderdən 5 xal geri qalır. Üçüncü yeri 33 xalla "Fənərbaxça" tutur.
Dünən AFFA tərəfindən 2010-cu ildə Azərbaycan yığmasının ən yaxşı oyunçusu hesab edilmiş Rəşad Sadıqovun komandası "Əskişəhərspor" birinci dövrənin finişində rəqib meydanında "Kasımpaşa" üzərində qələbədən (2:0) sonra öz turnir vəziyyətini bir qədər də yaxşılaşdırmışdır. Klub bu müvəffəqiyyət sayəsində xal ehtiyatını 22-yə çatdıraraq 11-ci pilləyə yüksəlmişdir. Ölkənin məşhur klubları "Beşiktaş"la ( 28 xal) "Qalatasaray"ın (23) imkanlarından aşağı səviyyədə çıxış etdiklərini də qeyd edək. Onlar müvafiq surətdə beşinci və doqquzuncu yerləri tuturlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında