İki vəsiqəyə 24 iddiaçı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2017–ci ildə keçiriləcək “Qran–pri” yarışları iştirakçılarının tam tərkibini elan etmişdir.

 Siyahıda adları qeyd olunmuş 24 rəqibdən ikisi azərbaycanlı qrossmeysterlər Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovdur. Məmmədyarov reytinqə görə qarşıdakı yarışların iştirakçıları arasında 5-ci, Rəcəbov isə 18-cidir.

İl ərzində dörd turnir keçiriləcəkdir. Hər bir şahmatçı onlardan üçündə çıxış edəcək. Yarışların yekununda ümumi hesabda ilk iki yeri tutanlar iddiaçıların turnirinə vəsiqə qazanacaqlar.

“Qran–pri” turnirlərinə tezliklə Birləşmiş Ərəb Əmirliklərinin ­Şarca şəhərində start veriləcək (18–27 fevral). İkinci turnirin iştirakçılarını Moskva qəbul edəcək. Rusiya paytaxtında görüşlər 12-21 mayda oynanılacaq. Növbəti iki turnir isə İsveçrənin Cenevrə şəhərində (6–15 iyul) və Palma–de–Malyorkada (İspaniya) təşkil olunacaq–16-25 noyabr.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında