Çətin qələbələr

“Qəbələ”–“Neftçi”–1:0, AZAL–“Qarabağ”–1:2, “Zirə”–“Kəpəz”–1:0, “Sumqayıt”–“İnter”–2:2.

Bu nəticələrdən göründüyü kimi, Topaz Premyer Liqasının 16-cı turunda bütün dörd görüş  əvvəldən axıradək gərgin mübarizə şəraitində davam etmiş  və üç oyunda  qaliblər rəqiblərinə öz üstünlüklərini çətinliklə sübuta yetirə bilmişlər. Sumqayıtda qeydə alınmış dörd qol da komandaların yüksək fəallıq və əzmkarlığının nəticəsidir.

Bu turdan sonra liderlər “Qarabağ” (36 xal) ilə “Qəbələ” (35) arasında xal fərqi dəyişməyib, üçüncü yeri tutan “İnter”in isə 29 xalı vardır.

Növbəti, 17-ci turun oyunları bu gün və sabah keçiriləcəkdir. Bu turda azarkeşlər “Qarabağ”–“Zirə”, “Qəbələ”–AZAL, “İnter”–“Neftçi” və “Sumqayıt”–“Kəpəz” görüşlərini izləmək imkanı qazanacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında