“Telekom”–“Modena”, “Azərreyl”–“Sent-Rafael”

Qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin qrup mərhələsinin növbəti turuna təsadüf edən bu oyunlar Bakıda keçiriləcək.

İlkin yarışlarda “B” qrupunda çıxış edən “Telekom” bu gün İtaliyanın “Modena” klubu ilə üz-üzə gələcək, “Azərreyl” (“C” qrupu) isə sabah Fransanın “Sent–Rafael” komandasını sınağa çəkəcək.

Əgər “Telekom” qrup mərhələsinin birinci dövrəsində keçirdiyi hər üç görüşdən məğlub ayrılıbsa, hesabında iki qələbə olan “Azərreyl”  6 xalla turnir cədvəlində ikinci pillədədir və pley-off mərhələsinə vəsiqə uğrunda mübarizədə yaxşı imkana malikdir. Bu yaxınlarda rəqib meydanında fransızlara qalib gələn voleybolçularımız onlar üzərində daha bir qələbə sayəsində indiki mövqelərini bir qədər də möhkəmləndirə bilərlər. Ümid edək ki, məhz belə də olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında