İdman

Rəqibimiz Almaniyada ilin ən yaxşı komandasıdır
Avropa çempionatı seçmə yarışlarının "A" qrupunda Azərbaycan futbolçularının rəqibi və qrupun lideri Almaniya yığması öz ölkəsində 2010-cu ilin ən yaxşı komandası hesab edilmişdir.
Yoahim Lövun yetirmələri bu il dünya çempionatının bürünc mükafatçısı olmuşlar. "İlin komandası"nı müəyyənləşdirmək üçün 1500 jurnalistin iştirakı ilə keçirilmiş sorğuda Almaniyanın futbol yığması daha çox - 3436 xal toplamışdır.{nl}

Dünya çempionatında Çin finalı
Türkiyədə keçirilən qadınlar arasında şahmat üzrə dünya çempionatının final matçına start verilmişdir. Üç həftə əvvəl 64 iştirakçının mübarizəyə qoşulduğu çempionatın həlledici görüşlərində qarşılaşan hər iki rəqib Çin şahmatçıları Hou İfan və Juan Lufeydir. Final matçının ilk görüşü 74-cü gedişdə heç-heçə başa çatmışdır.
Dekabrın 24-dək davam edəcək matç dörd görüşdən ibarətdir. Əgər hesab 2:2 olarsa, dünya çempionunu tay-breyklər müəyyənləşdirəcəkdir. Dünən ikinci görüş keçirilmişdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında