13-cü pillədən 11-ci mövqeyə

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2017-ci il fevralın 1-nə olan vəziyyətə görə reytinq cədvəlini dərc etdirmişdir. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov yanvar ayı ilə müqayisədə iki pillə irəliləyərək 2766 əmsalla 13-cü mövqedən 11-ciyə yüksəlmişdir.

Dünyanın ən yaxşı yüz şahmatçısının siyahısında daha dörd həmyerlimizin adı vardır. Teymur Rəcəbov (2710) siyahıda 35-ci, Arkadi Naydiç (2702) 42-ci, Rauf Məmmədov (2688) 53-cü, Eltac Səfərli (2680) 60-cı yerdədirlər.

Reytinq cədvəlinə əvvəlkitək norveçli dünya çempionu Maqnus Karlsen (2838) başçılıq edir. Birinci üçlüyə həmçinin ABŞ təmsilçiləri Fabiano Karuana (2827) və Uesli So (2822) daxildirlər.

FİDE rapid üzrə reytinq cədvəlini də açıqlamışdır. Məmmədyarov bu siyahıda 3-cü yerdədir (2825).  Sürətli şahmatın bu növündə digər azərbaycanlı qrossmeysterlərin isə mövqeləri belədir: 24. Rəcəbov (2742), 37. Qədir Hüseynov (2714), 40. Məmmədov (2712), 65. Səfərli (2686).

Bu arada İran İslam Respublikasında keçirilən beynəlxalq şahmat turnirində altı turun görüşləri arxada qalmışdır. Azərbaycanlı Azər Mirzəyev 4 xal toplamışdır və ikinci yeri tutan İspaniya təmsilçisi Oleq Korneyevdən yarım xal geri qalır. Lider isə İran şahmatçısı Ehsan Qaem Maqamidir (5 xal).

Dünən rəqiblər yeddinci turun görüşlərində qarşılaşmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında