İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Telekom”un növbəti qələbəsi

 

Qadın voleybol komandaları arasında Azərbaycan Superliqası yarışlarının  növbəti görüşündə “Telekom” klubu elə bir çətinlik çəkmədən “Tbilisi”yə 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlinin ən yüksək pilləsində öz mövqeyini bir qədər də möhkəmləndirmişdir.

Növbəti müvəffəqiyyət lider “Telekom”a doqquz oyundan sonra öz xal ehtiyatını 24-ə çatdırmaq imkanı vermişdir.

Dünən axşam çempionatda növbəti oyun olmuşdur. Bu dəfə “Tbilisi” komandasını “Azərreyl” sınağa çəkmişdir.

 

Finiş yaxınlaşır

 

Azərbaycan milli komandasının üzvü Arkadi Naydiç Cəbəllütariqdə tədricən finişə yaxınlaşmaqda olan beynəlxalq turnirin yeddinci turunda italiyalı Daniele Vokaturo ilə heç-heçəyə razılaşmış və turnir cədvəlinə daha yarım xal yazmışdır.

Finişə üç tur qalmış təmsilçimizin 5 xalı var və o, hərəyə 6 xala malik fransalı Maksim Vaşye –Laqrav, ispan David Anton, ABŞ təmsilçisi Hikaru Nakamura və çinli Yu Yangidən bir xal geri qalır.

Dünən turnirdə səkkizinci turun görüşləri keçirilmişdir. Bu dəfə Naydiç ABŞ şahmatçısı Vazuran Akobyan ilə görüşmüşdür.

 

Fransa, Norveç, Sloveniya

 

Fransada başa çatmış kişilərdən ibarət komandalar arasında həndbol üzrə dünya çempionatının medallarına bu üç ölkənin təmsilçiləri sahib olmuşlar.

Həlledici final görüşündə Fransa həndbolçuları norveçli rəqiblərini məğlubiyyətə uğratmışlar—33:26. Sloveniya komandası isə bürünc medallar uğrunda gərgin oyunda Xorvatiya yığmasına 31:30 hesabı ilə qalib gəlmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında