II Avropa Oyunlarının yarış proqramı baharda təsdiq olunacaq

Belarus Teleqraf Agentliyi (BELTA) Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadla bildirmişdir ki, 2019-cu ildə keçiriləcək II Avropa Oyunlarının yarış proqramı 2017-ci ilin baharında təsdiq olunacaq.

Yanvarın 27-də İsveçrənin Lozanna şəhərində Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin iclasında Minskin II Avropa Oyunlarına hazırlığı haqqında ilk hesabat nəzərdən keçirilmişdir.  Belarus MOK-un baş katibi Anatoli Kotov bildirmişdir ki, İcraiyyə Komitəsinin üzvləri idman infrastrukturunun hazırlığı və Avropa Oyunları proqramının variantlarını müsbət qiymətləndirilmişlər. Hazırda idman növlərinin müzakirəsi və razılaşdırılması prosesi gedir. Çünki hələ heç də bütün Avropa federasiyaları AOK ilə müvafiq memorandum və saziş imzalamayıblar. Baharda Minskdə Avropa Oyunları – 2019-a hazırlıq üzrə AOK komissiyasının iclası keçiriləcək.  Proqram da məhz həmin iclasda təsdiq olunacaq.

Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın da Lozannada iştirak etdiyi iclasda Yunanıstan MOK-unun prezidenti Spiros Kapralos yekdilliklə 2019-cu ildə Minskdə keçiriləcək II Avropa Oyunlarının koordinasiya komissiyasının sədri  seçilmişdir. O, 2013-cü ildən 2015-ci ilə kimi Bakıda I Avropa Oyunlarına hazırlıq zamanı koordinasiya komissiyasının sədri olmuşdur.  Bununla əlaqədar AOK prezidenti vəzifəsini icra edən Yanez Koçiançiç demişdir ki, Kapralos Bakıda koordinasiya komissiyasının sədri vəzifəsində çox səmərəli işləyib və biz çox şadıq ki, o, sürətini getdikcə  artıran hazırlıq işlərinə yenidən rəhbərlik etməyə razılıq verdi. Komissiyanın Minskə ilk səfəri bahara planlaşdırılıb.

AOK-un İcraiyyə Komitəsi Ərzurumda keçiriləcək yeniyetmələrin XIII qış Avropa Olimpiya Festivalına hazırlığı da yükcək qiymətləndirmişdir. Yanez Koçiançiç bu idman tədbirinə hazırlığın öhdəsindən iki il ərzində gələn Türkiyə Milli Olimpiya Komitəsinə və festivalın Təşkilat Komitəsinə minnətdarlığını bildirmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında