İdman xəbərləri

Vüqar Həşimov Avropa çempionatının gümüş mükafatçısıdır
Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Varşavada başa çatmış sürətli şahmatın rapid növü üzrə Avropa çempionatında gümüş medal qazanmışdır. Təmsilçimiz İsveçrə sistemi üzrə keçirilən və 710 iştirakçının mübarizə apardığı turnirdə 13 mümkün xaldan 10,5 xal toplamışdır.
Ukraynalılar Vasili İvançuk, Anton Korobov, ispaniyalı Aleksey Şirov, macar Zoltan Almaşi və Arkadi Naydiç (Almaniya) da onunla eyni nəticə göstərmişlər. Çempionun müəyyənləşdirilməsi üçün bu rəqiblər arasında keçirilmiş əlavə görüşlərdə Həşimov, Naydiç və İvançuka qalib gəlmiş, birinci yer uğrunda görüşdə isə Almaşiyə uduzmuşdur.
Qeyd edək ki, bu yarışdan əvvəl keçirilmiş sürətli şahmatın digər növü blits üzrə Avropa çempionatında isə Azərbaycan şahmatçısı dörd-altıncı yerləri bölüşdürmüşdü. Bu çempionatın qalibi fransalı Maksim Vaşye-Laqrav olmuşdur. Gümüş və bürünc medalları İvançuk və digər ukraynalı Ruslan Ponomaryov qazanmışlar.{nl}

Qış fasiləsinin bir addımlığında
Azərbaycan milli futbol çempionatının iştirakçıları ötən şənbə və bazar günləri keçirilmiş 18-ci turun oyunlarından sonra qış fasiləsinə bir addım da yaxınlaşmışlar. İndi onları təsnifat mərhələsinin 2010-cu il təqviminin son görüşlərindən cəmi bir tur ayırır.
Ötən tur bu gün turnir cədvəlinin ilk altı pilləsində irəliləyən və baharda medallar uğrunda mübarizə aparmaq arzusu ilə yaşayan klublar üçün uğurlu olmuş, onlar cədvəlin birinci yarısında öz mövqelərini bir qədər də möhkəmləndirmişlər. "Xəzər-Lənkəran" rəqib meydanında MOİK-i iki cavabsız qolla məğlubiyyətə uğradaraq (2:0) vahid liderliyini qorumuş, "Neftçi" Gəncədə eyniadlı yerli komanda üzərində böyük hesabla qələbə qazanmış (4:0), "Qarabağ" "Muğan"dan güclü olmuş (2:0), "İnter" prinsipial oyunda "Bakı"ya qalib gəlməklə (2:1) rəqibinin turnir vəziyyətini daha da mürəkkəbləşdirmiş, AZAL ilə "Qəbələ" isə bir-birindən heç-heçə ilə ayrılmışlar (2:2). Turnir cədvəlinin 10-11-ci pillələrində qonşuluq edən "Turan"la "Simurq"un görüşündə də qüvvələr bərabər olmuşdur (1:1).
O Q H M T X
1. "Xəzər-Lənkəran" 18 12 4 2 22-8 40
2. "Neftçi"" 18 11 5 2 34-9 38
3. AZAL 18 9 7 2 25-11 34
4. "İnter" 18 9 4 5 16-13 31
5. "Qəbələ" 18 8 6 4 19-9 30
6. "Qarabağ" 18 9 3 6 19-12 30
7. "Bakı" 18 7 4 7 25-20 25
8. "Gəncə" 18 5 7 6 23-25 22
9. "Muğan" 18 4 5 9 8-21 17
10. "Turan" 18 2 6 10 14-27 12
11. "Simurq 18 2 5 11 11-27 11
12. MOİK 18 1 2 15 5-39 5
Növbəti, 19-cu turun görüşləri dekabrın 23-də keçiriləcəkdir: "Neftçi"- "Turan", "Qəbələ" - "Bakı", "İnter"- "Gəncə", "Xəzər-Lənkəran"- "Qarabağ", "Muğan"- AZAL, "Simurq" - MOİK.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında