Çempionat “istirahətdən” qayıdır

Topaz Premyer Liqası klubları təqvimdə onlar üçün nəzərdə tutulmuş təxminən ay yarımlıq fasilədən sonra milli çempionatımızda mübarizəni davam etdirməyə başlayırlar.

Üçüncü dövrəyə və ya çempionatın ikinci yarısına bu gün “Qəbələ”—“Sumqayıt” və “İnter”—“Kəpəz” görüşləri ilə start veriləcək.  On beşinci turun daha iki oyunu isə sabah keçiriləcəkdir: “Zirə”—AZAL, “Qarabağ”—“Neftçi”.

Əlbəttə, bu turda ilk növbədə liderlər “Qarabağ”la (32 xal) “Qəbələ”nin (31) iştirakı ilə oynanılacaq görüşlər daha çox maraq doğurur. Turnir cədvəlinə başçılıq edən Ağdam klubu ən yaxın izləyicisi Qəbələ təmsilçisindən cəmi bir xal irəlidədir. Görünür, bu rəqiblər arasında “qızıl davası” finişədək davam edəcək. “İnter”in (25) isə üçüncü pillədə mövqeyi kifayət qədər möhkəm görünür. Bu komanda liderlər tandemindən müvafiq surətdə 7 və 6 xal geri qalsa da, dördüncü yerdə olan “Sumqayıt”dan 8 xal irəlidədir və çempionatın sonunda finişə mükafatçılar sırasında çatmaq üçün yaxşı imkana malikdir.

Görək qış fasiləsi zamanı keçirilmiş təlim-məşq toplanışları kimin üçün daha faydalı olmuş, hansı klublar hazırlıq prosesindən və yoxlama görüşlərindən daha səmərəli istifadə etmişlər...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında