Olimpiya mükafatçılarımız reytinq cədvəlində liderdirlər

Beynəlxalq Cüdo Federasiyası dünyanın ən yaxşı tatami ustalarının 2017-ci ildə ilk reytinq cədvəlini dərc etdirmişdir. Öz çəkilərində siyahılara başçılıq edən idmançılardan ikisi Azərbaycan cüdo məktəbinin yetirməsidir. Ötən ilin yayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov müvafiq surətdə 73 və 100 kq çəki dərəcələrində birinci mövqedədirlər.

Azərbaycan milli komandasının daha üç üzvü reytinq cədvəlində birinci onluğa daxildir. Orxan Səfərov (60 kq) 3-cü, Elxan Məmmədov (100 kq) 8-ci, Nicat Şıxəlizadə (66 kq) 9-cu pillədədir.

Xəbər verdiyimiz kimi, bu günlər Azərbaycanın ən yaxşı cüdo ustaları 2017-ci ilin ilk məsul yarışına hazırlaşırlar. Fevralın 11-12-də Parisdə keçiriləcək “Böyük dəbilqə” turniri beynəlxalq cüdo dairələrində çətin sınaq və qüvvələrə ciddi baxış kimi qiymətləndirilir.

 

Qrossmeyster iki qələbə ilə başladı

 

Azərbaycan milli komandasının şahmatçısı Arkadi Naydiç Cəbəllütariqdə yenicə starta çıxmış beynəlxalq şahmat festivalının ustalar turnirində çıxışlarına iki qələbə ilə başlamışdır. Qrossmeysterimiz birinci turda hindistanlı Rakeş Kulkarniyə qalib gəlmiş, ertəsi gün isə fransalı rəqibi İder Boryanı məğlubiyyətə uğratmışdır.

Festival turnirində həmçinin ABŞ təmsilçiləri Fabiano Karuana  və Hikaru Nakamura, fransalı Maksim Vaşye-Laqrav, ukraynalı Vasili İvançuk, ingilis Maykl Adams kimi məşhur qrossmeysterlər mübarizə aparırlar.

Turnirdə, ümumiyyətlə, 250-dən çox idmançı çıxış edir. Yarış İsveçrə sistemi üzrə keçirilir və 10 turdan ibarətdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında