Fransada qələbə, İtaliyada məğlubiyyət

Azərbaycan klubları qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirində qrup mərhələsinin üçüncü turunun oyunlarını keçirmişlər. “Azərreyl” bu yarışda ikinci qələbəsini qazanamış, “Telekom” isə üçüncü dəfə uduzmuşdur. 

“Azərreyl” növbəti qələbəyə Fransada nail olmuşdur. Azərbaycan voleybolçuları “Sent-Rafael” klubu ilə görüşdə 3:1 hesabı ilə qalib gəlmişlər. Təmsilçimiz bu müvəffəqiyyət sayəsində birinci dövrəni 6 xalla turnir cədvəlinin ikinci pilləsində başa vurmuşdur. Lider “Fənərbaxça”nın (Türkiyə) 9 xalı vardır. Üçüncü mövqedə olan Polşanın “Tauron” komandası 3 xal qazanmışdır, “Sent-Rafael” isə hər üç oyunda uduzmuşdur.

İtaliyanın “Modena” və “Konelyano” komandaları və “Çemik Polis” (Polşa) ilə bir qrupda çıxış edən  “Telekom” isə yenə meydanı məğlubiyyətlə tərk etmişdir. Voleybolçularımız bu dəfə İtaliyada “Modena”ya uduzmuşlar – 0:3.

Üç turdan sonra qrupun liderləri müvafiq surətdə 8 və 6 xal toplayan “Modena” və “Konelyano” komandalarıdır. Qarşıda ikinci dövrənin oyunları durur.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında