Azərbaycan Gimnastika Federasiyasının Göyçayda yeni bölməsi açılmışdır

Göyçay Olimpiya-İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yeni bölməsi açılmışdır.
Dekabrın 20-də bu münasibətlə keçirilmiş mərasimdə Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov çıxış edərək son illər ölkəmizdə gimnastika üzrə mötəbər yarışların keçirilməsindən, milli yığma komandamızın dünya və Avropa çempionatlarında əldə etdiyi uğurlardan söz açmışdır.
Federasiyanın gördüyü işlərdən bəhs edən Fərid Qayıbov bildirmişdir ki, paytaxtla yanaşı, regionlarda da idmanın gimnastika növünün təbliği və inkişaf etdirilməsi, idmançıların yetişdirilməsi, təlim-məşq toplanışlarının keçirilməsi, bacarıqlı gimnastların müəyyən edilərək yığma komandaya cəlb olunması istiqamətində tədbirlər görülür. Bu günədək Azərbaycan Gimnastika Federasiyasının Sumqayıt, Gəncə, Xırdalan və Göyçayda yeni bölmələri açılmışdır.
Göyçay Olimpiya-İdman Kompleksinin direktoru Həsən Bayramlı rayonda bədii gimnastikanın təbliği istiqamətində mühüm işlərin görüldüyünü bildirmişdir. Vurğulamışdır ki, Göyçayda gimnastika bölməsinin yaradılması ilə bağlı rayon mərkəzində və kəndlərdə elan lövhələri asılmış, valideynlərlə fərdi söhbətlər aparılmışdır. Nəticədə qısa müddətdə kompleksin 5-14 yaşlı qızlardan ibarət yığma komandası yaradılmış, Azərbaycan Gimnastika Federasiyası tanınmış gimnast Esmira Orucovanı komandaya məşqçi təyin etmişdir. Artıq 25 uşaq və yeniyetmə qızın məşqlərə cəlb olunduğunu bildirən Həsən Bayramlı məşqlərin pulsuz keçirildiyini diqqətə çatdırmışdır. Federasiya məşqlərin keçirilməsi üçün kompleksə yeni xalça da hədiyyə etmişdir.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz İbrahimov Göyçayda gimnastika bölməsinin açılmasına dəstək verdiyinə görə Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevaya göyçaylılar adından minnətdarlıq etmişdir.
Ramiz İbrahimov rayonda bədii gimnastikanın inkişaf edəcəyinə və gələcəkdə Göyçayın yığma komandasının bu idman növündə uğurlar qazanacağına əminliyini bildirmişdir.
Gimnastika bölməsinin rəsmi açılışı münasibətilə Azərbaycanın dövlət himni və olimpiya himni səsləndirilmişdir.
Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov federasiyanın bayrağını təntənəli şəkildə kompleksin rəhbəri Həsən Bayramlıya təqdim etmişdir.
Tədbirin rəsmi hissəsindən sonra gimnastika üzrə Azərbaycan milli yığma komandasının qala-konserti olmuşdur. Gimnastların nümunəvi çıxışları maraqla qarşılanmışdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında