Belarus II Avropa Oyunlarının keçirilməsinə məsuliyyətlə yanaşır

Belarusun Baş naziri Andrey Kobyakov 2019-cu ildə bu ölkədə təşkil olunacaq Avropa Oyunlarına hazırlıq və onun keçirilməsi üzrə respublika Təşkilat Komitəsinin yanvarın 21-də ilk iclasında demişdir ki, Belarus II Avropa Oyunlarının keçirilməsinə tam məsuliyyətlə yanaşır. Bu barədə xəbəri Belarus Teleqraf Agentliyi ( BELTA) yaymışdır.

Baş nazir daha sonra bildirmişdir ki, Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsini dövlət başçısı bir vəzifə olaraq qarşıya qoymuşdur. “Avropa Oyunlarına iki il yarım qalır, lakin bu yalnız ilk baxışdan çox vaxt kimi görünür. Bütün icraçılar onlara həvalə olunmuş vəzifələrin həllinə son dərəcə məsuliyyətlə yanaşmalıdırlar. Avropa Oyunlarına hazırlıq və onun keçirilməsi üzrə tədbirlər planı üç ay müddətində təsdiq olunmalıdır. Bu planın layihəsi artıq hazırlanmış və əlaqədar təşkilatlara göndərilmişdir, – deyə Andrey Kobyakov qeyd etmişdir.

Təşkilat Komitəsinin iclasında bildirilmişdir ki, Avropa Olimpiya Komitəsinin ( AOK ) rəhbərliyi Minskin idman obyektlərinin yarışları qəbul etmək üçün yüksək hazırlığını artıq qeyd etmişdir.

BELTA Təşkilat Komitəsinin ilk iclası haqqında bu xəbərdə, həmçinin bildirmişdir ki, Belarus 2019-cu ildə II Avropa Oyunlarını keçirmək hüququnu Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasının 2016-cı ilin oktyabr ayında Minskdə keçirilmiş 45-ci iclasında qazanmışdır. Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Azərbaycanın paytaxtı Bakıda keçirilmişdir. Belarus atletləri bu idman forumunda 43 medal – 10 qızıl, 11 gümüş və 22 bürünc mükafat qazanmışlar. Medal hesabında Belarus komandası yeddinci yeri tutmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında