“Xəzər kuboku”nun liderlər qrupunda

İran İslam Respublikasının Rəşt şəhərində keçirilən XV Beynəlxalq “Xəzər kuboku” şahmat festivalında növbəti görüşlərlə yarışın birinci yarısı arxada qalmışdır.

Dörd turniri özündə birləşdirən festivalın ən nüfuzlu yarışı ustalar turnirində Azərbaycan təmsilçisi Ülvi Bacarani beş turdan sonra 3,5 xal toplamış və iranlı lider İdani Pouyadan bir xal geri qalır.

Festivalın “B” qrupunda isə ilk altı turda Azərbaycan şahmatçısı Riad Sarıyev 5 xal qazanaraq (4 qələbə, 2 heç-heçə) liderlər qrupunda irəliləyir. Sarıyevin həmyerlisi İlkin Rəhimli 4 xal toplamışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında