İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Superliqada üçüncü dövrə başlandı

 

Qadın voleybol komandaları arasında Azərbaycan Superliqasında üçüncü dövrənin oyunları “Telekom”un “Azəryol” üzərində qələbəsi ilə başlanmışdır – 3:1.

Bu müvəffəqiyyət “Telekom” klubuna səkkiz görüşdən sonra xal ehtiyatını 21-ə çatdırıb turnir cədvəlində özünün lider mövqeyini möhkəmləndirmək imkanı vermişdir. İkinci pillədə olan “Azərreyl” voleybolçularının yeddi oyundan sonra 16 xalı var.

 

Cəbəllütariq  festivalı

 

Bu gün keçiriləcək birinci turun görüşləri ilə Cəbəllütariq şahmat festivalına start veriləcəkdir. Dörd turniri özündə birləşdirən festivalın ən mötəbər yarışı ustalar turnirində 256 rəqib, o cümlədən 89  qrossmeyster çıxış edəcək.

İştirakçılar arasında Azərbaycan milli komandasının üzvü Arkadi Naydiç də var. O, reytinqə görə ABŞ təmsilçisi Fabiano Karuananın (2827) başçılıq etdiyi siyahıda 2702 əmsalla 11-cidir.

On turdan ibarət turnir İsveçrə sistemi üzrə keçiriləcək.

 

“Böyük dəbilqə”yə böyük heyətlə

 

Dünyanın bir çox ölkəsinin ən yaxşı cüdo ustaları 2017-ci ildə ilk ciddi sınaq ərəfəsindədirlər. Fevralın 11-12-də Parisdə keçiriləcək “Böyük dəbilqə” turnirinin iştirakçıların tərkibinə görə çox mötəbər olacağı gözlənilir.

Azərbaycanın tatami ustaları da Fransa paytaxtında böyük heyətlə mübarizə aparacaqlar. Ölkəmiz mövsümün bu ilk məsul yarışında Rio-de-Janeyro Olimpiadası-2016-nın gümüş mükafatçıları Rüstəm Orucov (73 kq), Elmar Qasımov (100 kq), habelə Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov (73 kq), Məmmədəli Mehdiyev (81 kq), Elxan Məmmədov (100 kq) və Uşanqi Kokauri (100 kq-dan yuxarı) ilə təmsil olunacaq.

Fevralda Parisdə “Böyük dəbilqə” turnirini Azərbaycan cüdoçuları üçün mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına hazırlığın bir mərhələsi də hesab etmək olar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında