İDMAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan şahmatçıları beynəlxalq  “Xəzər kuboku” festivalında

 

İran İslam Respublikasının Rəşt şəhərində şahmat üzrə 15-ci beynəlxalq  “Xəzər kuboku” festivalına start verilmişdir. Dörd turnirdən ibarət olan bu ənənəvi yarış İran, Azərbaycan, Gürcüstan, Ukrayna, İspaniya, Macarıstan və bir sıra başqa ölkələrdən yüz nəfərə qədər iştirakçını öz bayrağı altına toplamışdır.

Azərbaycan şahmat məktəbinin yetirmələri festivalda kifayət qədər geniş heyətlə təmsil olunurlar. Həmyerlilərimizdən Ülvi Bacarani və Misrəddin İsgəndərov ən güclülərin çıxış etdikləri ustalar turnirində, Riyad Sarıyev, Fazil Hüseynov, İlkin Rəhimli, Emin Novruzov və Ağazahir İlyaslı isə “B” qrupunda mübarizə aparırlar.

Birinci turda Bacarani, Hüseynov və İlyaslı öz görüşlərini qələbə ilə başa çatdırmışlar. İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan festival turnirlərinin qalib və mükafatçıları yanvarın 27-də müəyyənləşəcək.

 

Penaltilərlə qələbə

 

Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandası Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın birinci vitse-prezidenti olmuş Vitali Qranatkinin  xatirəsinə həsr edilən XXIX beynəlxalq turnirdə çıxışlarını Belarus kollektivi üzərində qələbə ilə başa vurmuşdur.

Futbolçularımız gərgin mübarizə şəraitində davam edən oyunda əsl əzmkarlıq nümayiş etdirərək ikinci hissədə öz qapılarından buraxdıqları topun əvəzini 90-cı dəqiqədə Rafael Məhərrəmlinin sərrast zərbəsi ilə çıxmış (1:1), sonra isə penaltilər seriyasını daha dəqiq yerinə yetirmişlər—5:4.

Nəticədə qrup mərhələsində üç oyundan ikisində məğlub olub, birində heç-heçə oynayan Təbriz Həsənovun yetirmələri yarışın ikinci yarısında daha inamla mübarizə apararaq İran, Estoniya və Belarus komandaları üzərində ardıcıl üç qələbə qazanmış və 16 komanda arasında doqquzuncu yeri tutmuşlar.

Xatirə turnirinin final oyunu isə dünən axşam keçirilmişdir. Qızıl medallar uğrunda həlledici görüşdə Rusiya və Qazaxıstan kollektivləri qarşılaşmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında