Azərbaycan – Estoniya – 3:0

Bu nəticə Rusiyanın Sankt-Peterburq şəhərində 17 yaşlılardan ibarət yığma komandalar arasında FİFA-nın birinci vitse – prezidenti olmuş Valentin Qranatkinin xatirəsinə həsr edilən XXIX beynəlxalq turnirdə qeydə alınmışdır.

Azərbaycan futbolçuları 9–16-cı yerlər uğrunda mübarizə aparan komandaların turnirində Estoniya ilə görüşdə rəqibə heç bir ümid yeri qoymamışlar. Onların oyun ərzində böyük üstünlüyü üç cavabsız qolla ifadə olunmuşdur – 3:0.

Bu, Təbriz Həsənovun yetirmələrinin turnirdə ardıcıl ikinci müvəffəqiyyətidir. Üç gün əvvəl iranlı yaşıdlarına 1:0 hesabı ilə qalib gələn həmyerlilərimiz estonlar üzərində də qələbə qazanmaqla 16 komandanın rəqabətində 9-cu yer uğrunda imkanı əldə etmişlər. Komandamız sabah Belarus yığmasını da məğlubiyyətə uğrada bilsə, bu məqsədə çatacaq. Belarus futbolçularının ötən turda Moldova kollektivinə qalib gəldiyini də qeyd edək (4:0).

Medallar uğrunda mübarizəni davam etdirən komandaların turnirində isə dörddəbir final mərhələsi görüşlərində qələbələrə Yunanıstan, Rusiya, Qazaxıstan və Sankt – Peterburq komandaları sevinmişlər. Dünən axşam keçirilən yarımfinallarda Rusiya yığması Sankt – Peterburq komandasını sınağa çəkmiş, yunanlar qazaxıstanlı yaşıdları ilə qarşılaşmışlar. Bu oyunların qalibləri finalda baş mükafat uğrunda mübarizə aparacaq, yarımfinallarda uduzan komandalar isə öz aralarında keçirəcəkləri görüşdə üçüncü yerin sahibini müəyyənləşdirəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında