"Rabitə" zirvəyə 3:0-la qayıtdı

Azərbaycan çempionu Bakının "Rabitə" klubu qadın komandaları arasında Çempionlar Liqası yarışlarının ilkin mərhələsinin üçüncü turunda bir həftə əvvəl səfərdə "Aluprof" (Polşa) ilə görüşdə məğlubiyyətdən sonra "E" qrupunun turnir cədvəlində itirdiyi lider mövqeyini "Sərhədçi" Olimpiya İdman Kompleksində bu rəqiblə cavab qarşılaşmasında layiqli qələbə ilə özünə qaytardı - 3:0 (25:13, 25:23, 25:12).
Hesabdan da göründüyü kimi, bizim qızlar qonaqlardan açıq-aşkar üstün oyun nümayiş etdirmişlər. Polşa voleybolçuları yalnız üçüncü hissədə meydan sahiblərinə ciddi müqavimət göstərə bildilər.
Liqanın pley-off mərhələsinə doğru inamla irəliləyən "Rabitə" ilkin vəzifəni, demək olar, yerinə yetirmişdir. Dörd turdan sonra turnir cədvəlinə başçılıq edən bakılıların 10 xalı vardır. İkinci yeri tutan "Skavolini" (İtaliya) 8 xala malikdir, "Aluprof" və "Dinamo" (Rumıniya) isə müvafiq surətdə 5 və 1 xal toplamışlar. Azərbaycan voleybolçuları qrupda son iki oyunu səfərdə italyanlara və evdə rumınlara qarşı keçirəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında