Nəhayət, qələbə

Rusiyanın Sankt-Peterburq şəhərində 17 yaşlı futbolçulardan ibarət yığma komandalar arasında FİFA-nın birinci vitse-prezidenti olmuş Valentin Qranatkinin xatirəsinə həsr edilən ənənəvi beynəlxalq turnirdə Azərbaycan kollektivi nəhayət, ilk qələbə qazanmışdır.

İlkin mərhələdə litvalı və slovakiyalı yaşıdlarına uduzub, Qazaxıstanla heç-heçə oynayan həmyerlilərimiz 9-16-cı yerlər uğrunda mübarizədə İran komandasını 1: 0 hesabı ilə məğlubiyyətə uğratmışlar.

Azərbaycan futbolçuları növbəti görüşü bu gün Estoniya komandasına qarşı keçirəcəklər.

Qrup mərhələsinin ən yaxşı səkkiz komandası isə öz növbəsində həlledici mərhələdə medallar uğrunda mübarizəni davam etdirir. İlk dörddəbir final görüşlərində Yunanıstan yığması Latviya kollektivinə qalib gəlmiş (0:0, penaltilərlə 8:7), Rusiya futbolçuları isə bolqarıstanlı rəqibləri üzərində böyük hesabla qələbə qazanmışlar–3:0.

Dörddəbir finalın digər iki oyunu dünən axşam keçirilmişdir: Qazaxıstan–Sloveniya, Sankt-Peterburq–Slovakiya.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında