20 Yanvar şəhidinin xatirəsinə həsr edilmiş 20-ci beynəlxalq turnir

Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr edilmiş yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə 20-ci beynəlxalq turnir Azərbaycan komandalarının qələbəsi ilə başa çatmışdır. İki gün davam edən yarışda xalça sahibləri güləşin hər iki növündə rəqiblərindən daha çox qızıl medal qazanmışlar.

Turnir sərbəst güləşənlərin görüşləri ilə başlanmışdır. Azərbaycan idmançıları və onların qonaqları Rusiya, Qazaxıstan və Özbəkistan nümayəndələri mükafatlar uğrunda on çəki dərəcəsində mübarizə aparmışlar. Beş çəkidə güləşçilərimiz Vüsal Hüseynov (58 kq), Davud İbrahimov (69 kq), İslam Əliyev (76 kq), Sənan Əliyev (85 kq) və Adəm İsmayılov (100 kq) daha yaxşı hazırlıq nümayiş etdirərək, fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Qalan beş çəki dərəcəsindən üçündə Qazaxıstan komandasının üzvləri, daha ikisində isə Özbəkistan və Rusiya təmsilçiləri qalib gəlmişlər.

Komanda hesabında xatirə turnirinin qalibi Azərbaycan yığması olmuşdur. İkinci-üçüncü yerləri müvafiq surətdə Qazaxıstan və Özbəkistan kollektivləri tutmuşlar.

Ertəsi gün yunan-Roma üsulu ilə güləşənlərin yarışı Azərbaycan idmançılarının daha böyük üstünlüyü şəraitində davam etmişdir. Onlar  on çəki dərəcəsindən səkkizində qızıl medallara sahib olmuşlar. Daha iki çəkidə birinci yeri Özbəkistan güləşçiləri tutmuşlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında