Belarusda II Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdır

Belarus Teleqraf Agentliyi (BELTA) bu ölkənin dövlət başçısı Aleksandr Lukaşenkonun mətbuat xidmətinə istinadla bildirmişdir ki, 2019-cu ildə Belarusda keçiriləcək Avropa Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmışdır. Belarus Prezidenti yanvarın 9-da bu barədə fərman imzalamışdır.

Respublika Təşkilat Komitəsinə Belarusun Baş naziri başçılıq edir. Təşkilat Komitəsinin tərkibinə bu genişmiqyaslı tədbirə hazırlıq və onun keçirilməsində bilavasitə iştirak edəcək dövlət orqan və təşkilatlarının rəhbərləri daxil edilmişlər.

Təşkilat Komitəsinə II Avropa Oyunlarına hazırlıq işləri ilə məşğul olacaq bütün təşkilatların sıx fəaliyyətinin əlaqələndirilməsi funksiyaları həvalə olunmuş, habelə üç ay müddətində müvafiq tədbirlər planının təsdiqi nəzərdə tutulmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında