Azərbaycan şahmatçısı beynəlxalq turnirin mükafatçısıdır

Azərbaycan şahmat məktəbinin yetirmələri beynəlxalq yarışlarda daha bir mükafat qazanmışlar. Kənan İzzət Avstraliyanın Brisben şəhərində keçirilmiş bu ölkənin açıq çempionatında üç qalibdən biri olmuşdur.

Təmsilçimiz yüzdən çox iştirakçının mübarizə apardığı turnirdə 11 mümkün xaldan 8,5 xal toplamışdır. Özbəkistanlı Temur Kuybokarov və Avstraliya şahmatçısı Maks İllinqvort da onunla eyni nəticə göstərmişlər. Əlavə göstəricilərə görə yarışın qalibi adını Kuybokarov qazanmış, ikinci yeri İllinqvort tutmuş, üçüncü mükafata Kənan İzzət sahib olmuşdur.

Azərbaycan milli komandasının üzvü Rauf Məmmədov isə Moskvaya səfərə hazırlaşır. Qrossmeysterimiz fevralın 21-dən martın 1-dək Rusiya paytaxtının “Kosmos” mehmanxanasında “Aeroflot Open –2017” beynəlxalq turnirində iştirak edəcək.

Bu yarış barədə məlumat verən e3 e5 saytının yaydığı xəbərə görə, sayca 15-ci dəfə təşkil ediləcək turnir İsveçrə sistemi üzrə keçirilib, doqquz turdan ibarət olacaq. Artıq 58 nəfər turnirdə iştirakını təsdiqləyib.

Reytinqə görə qarşıdakı yarış iştirakçılarının siyahısına çinli qrossmeyster Yu Yangi (2738) başçılıq edir. Məmmədov (2688) siyahıda altıncı mövqedədir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında