İDMAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Hollandiyaya kim gedəcək?

 

Azərbaycanın 18 yaşlı qızlardan ibarət yığma komandasının voleybolçuları bu günlər Rumıniyada səfərdədirlər. Bu ölkədə Avropa çempionatının 2-ci qrup mərhələsində “E” qrupuna daxil olan kollektivlərin görüşləri start ərəfəsindədir.

Turnirdə meydan sahibləri və Azərbaycan voleybolçuları ilə yanaşı, Rusiya və Portuqaliya komandaları da çıxış edəcəklər. Həmyerlilərimiz yarışa bu gün Rusiyaya qarşı görüşlə başlayacaq,  növbəti iki gündə isə müvafiq surətdə Portuqaliya və Rumıniya komandaları ilə oynayacaqlar.

Turnirin qalibi apreldə Hollandiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

 

İlin ilk çempionları

 

Bakı İdman Sarayında keçirilən böyüklər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı “sərbəstlərin” görüşləri ilə başlanmışdır. Yarışın birinci günü beş çəki dərəcəsində ölkə çempionları, habelə gümüş və bürünc mükafatların sahibləri müəyyənləşmişdir.

Çempionatın startında Mahir Əmiraslanov ( 57 kq ), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Murtuz Müslümov (70 kq) və Murad Süleymanov (74 kq) daha yaxşı hazırlıq nümayiş etdirərək, bütün rəqiblərinə qalib gəlib, öz çəki dərəcələrində birinci yeri tutmuşlar. Bu isə o deməkdir ki, adları çəkilən idmançılar həm sərbəst, həm də yunan-Roma güləşində ölkə çempionatının digər qalib və mükafatçıları ilə birlikdə Azərbaycan yığma komandasına cəlb ediləcək və onun tərkibində beynəlxalq yarışlarda iştirak edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında