Ənənəvi xatirə turnirində

Sankt-Peterburqda 17 yaşlı futbolçulardan ibarət 16 yığma komanda arasında FİFA-nın birinci vitse-prezidenti olmuş Valentin Qranatkinin xatirəsinə həsr edilən ənənəvi beynəlxalq turnirin  ikinci oyun günü mübarizəyə qoşulan Azərbaycan kollektivi Litva yığmasına 1:2 hesabı ilə  uduzsa da, ilkin mərhələ yarışlarının finişinə “C” qrupunda ilk iki yerdən birində çatıb, dörddəbir finala vəsiqə qazanmaq imkanını hələ itirməyib.

Qarşıda duran məqsədə nail olmaq üçün futbolçularımız bu gün Qazaxıstan və yanvarın 13-də Slovakiya komandalarına qarşı keçirəcəkləri növbəti iki görüşdə maksimum miqdarda xal toplamağa çalışmalıdırlar.

Birinci turda Slovakiya-Qazaxıstan görüşündə hesab açılmamış (0:0) və qrupun ilk lideri Litva komandası olmuşdur.

Turnirin ikinci günü “D” qrupunda da tamaşaçılar iki oyunun gedişini izləmişlər. Moldova və Sloveniya futbolçuları meydandan heç-heçə ilə ayrılmışlar-0:0, Sankt-Peterburq komandası isə İran yığması üzərində 2:1 hesabı ilə qələbə qazanmışdır.

Dünən  “A” və “B” qruplarında dörd görüşlə ikinci tura start verilmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında