İDMAN

 

 

 

 

 

 

 

 

 

 

Çempionlar Liqasında ikinci tur starta hazırlaşır

 

İlk günlərini yaşadığımız 2017-ci ildə Azərbaycan idmançılarından qadınlardan ibarət voleybol klublarımız rəsmi beynəlxalq meydanda çıxışlarına birincilər sırasında başlayacaqlar.

Artıq yanvarın 10-da “Telekom” komandası Çempionlar Liqası turnirinin qrup mərhələsinin ikinci turu çərçivəsində Bakıda “Çemik Polis”i (Polşa) qəbul edəcəkdir. Avropa Voleybol Konfederasiyası bu oyunda hakimliyi Lixtenşteyn və  Rumıniya voleybol federasiyalarının nümayəndələrinə həvalə etmişdir.

Ertəsi gün, yanvarın 11-də isə “Azərreyl” İstanbulda “Fənərbaxça”nın qonağı olacaq. Bu rəqiblərin hər ikisi turnirə qələbə ilə başlamışdır və onların maraqla gözlənilən görüşünün qalibi qrupun vahid lideri olacaq. Oyunu bolqarıstanlı və italiyalı hakimlər idarə edəcəklər.

Çempionlar Liqasındakı təmsilçilərimizin Azərbaycan Superliqasında  uğurla çıxış etdiklərini də xatırladaq. Yeddi turdan sonra turnir cədvəlinə 18 xala malik “Telekom”  başçılıq edir, onun ən yaxın izləyicisi “Azərreyl” isə 16 xal toplamışdır.

 

Azərbaycan şahmatçıları  Bazel və Brisbendə

 

Ölkəmizin şahmat məktəbinin bir neçə yetirməsi bu günlər vətəndən uzaqlarda beynəlxalq turnirlərin mükafatları uğrunda mübarizə aparır.

İsveçrənin Bazel şəhərində təşkil olunmuş beynəlxalq festivalın “A” turnirində yarışan Eltac Səfərli ilk dörd turda üç qələbə və bir heç-heçə sayəsində 3,5 xal toplayaraq liderlər qrupunda irəliləyir. Onun həmvətəni Nicat Abasov isə dörd görüşdə 3 xal qazanmışdır. İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan yarışda 127 rəqib, o cümlədən 15 qrossmeyster mübarizə aparır. 

Daha bir şahmatçımız Kənan İzzət isə Avstraliyanın Brisben şəhərinin qonağıdır. Təmsilçimiz dörd turdan sonra 3 xalla liderlərin izləyiciləri qrupundadır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında