Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov: 2010-cu ildə Azərbaycan şahmatçıları böyük uğurlar qazanmışlar

Dekabrın 17-də şahmat üzrə 2010-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov tədbiri giriş sözü ilə açaraq, Azərbaycanda şahmatın inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsi, bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, idmanın bu növünə göstərilən dövlət qayğısı nəticəsində cari ildə idmançılarımız böyük uğurlar əldə etmişlər. Dünya şahmat olimpiadasında qadınlardan ibarət Azərbaycan yığması 115 komanda arasında 3-8-ci yerləri bölüşdürərək mühüm irəliləyişə nail olmuş, yeniyetmə və gənclərimiz dünya və Avropa çempionatlarında qızıl medallar qazanmışlar.
Beynəlxalq qrossmeysterlər Teymur Rəcəbov və Şəhriyar Məmmədyarov 2011-ci ildə keçiriləcək dünya şahmat tacı uğrunda iddiaçıların turnirinə vəsiqə qazanmışlar.
Gələn il Bakıda Dövlət Proqramında nəzərdə tutulan şahmat sarayının təməlinin qoyulması gözlənilir. Müasir şahmat mərkəzinin istifadəyə verilməsi Azərbaycanda bu idman növünün daha da populyarlaşmasında, mühüm beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsində başlıca rol oynayacaqdır.
Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qurumun qarşısında duran başlıca vəzifələrdən danışaraq demişdir ki, əsas məsələ istedadlı şahmatçıların yetişdirilməsi, onların peşəkarlığının artırılmasıdır. Respublikada təşkil olunmuş müxtəlif səviyyəli turnirlər şahmatın kütləviliyini təmin etməklə yanaşı, gənc istedadların inkişafına güclü təkan vermişdir. Bu yarışlarda beş şahmatçımızın beynəlxalq usta normasını ödəməsi faktı idmançılara dəstəyin bariz nümunəsidir.
Tədbirdə çıxış edən məşqçilər, valideynlər və beynəlxalq turnirlərdə fərqlənmiş şahmatçılar əldə etdikləri nailiyyətlərə, diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
Sonra dünya və qitə çempionatlarında fərqlənmiş şahmatçılar mükafatlandırılmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında