İdman

"Azərreyl" və "İqtisadçı" növbəti mərhələdə
Avropa Voleybol Konfederasiyasının "Çelenc kuboku" turnirində mübarizə aparan Azərbaycanın qadınlardan ibarət üç klubu pərəstişkarlarını sevindirməkdə davam edir. İki görüşün ümumi yekununda Rusiyanın "Omiçka" kollektivini bu yarışda çıxışlarını dayandırmağa məcbur edən Bakının "Lokomotiv" komandasından sonra "Azərreyl" və "İqtisadçı" da növbəti mərhələyə vəsiqə qazanmışlar.
Üstəlik də, çox inamlı qələbələrlə. Hər iki klubumuz bir həftə əvvəl öz meydanında keçirdiyi görüşdə müvafiq surətdə Yunanıstanın "Makropulo" və Avstriyanın "Sparkasse" komandalarının öhdəsindən asanlıqla gəlmişdi. "Azərreyl" və "İqtisadçı" səfərdə cavab görüşlərində də heç bir çətinliklə üzləşməmiş və yenə hər iki oyunda voleybolçularımızın xeyrinə 3:0 hesabı qeydə alınmışdır. Beləliklə, Azərbaycan paytaxtının üç klubu "Lokomotiv", "Azərreyl" və "İqtisadçı" fəxri mükafat uğrunda mübarizədə yollarına davam edəcəklər.

{nl}

Çin üçlüyü və Hindistan təmsilçisi
Türkiyədə keçirilən qadınlar arasında şahmat üzrə dünya çempionatı finişə yaxınlaşmaqdadır. Bu yarışın 64 iştirakçısından 60-ı artıq çempionatla vidalaşmalı olmuşdur. Yarımfinallarda mübarizəni davam etdirən dörd rəqibdən üçü Çin təmsilçisi, biri isə Hindistan şahmatçısıdır.
Yarımfinal matçlarına dünən axşam start verilmiş və finalçılar sabah məlum olacaq. Yarımfinallardan birində çinlilər Juan Lufey və Çjao Syue, digərində isə onların həmvətəni Hou İfan və hindistanlı Hampi Koneru qarşılaşırlar. Bu görüşlərin qalibləri dekabrın 20-24-də öz aralarında keçirəcəkləri final matçında dünya çempionunu müəyyənləşdirəcəklər.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında