İ D M A N

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Azərbaycan güləşçiləri: Olimpiya ilində 255 medal!

 

Ölkəmizin güləş ustaları başa çatmaqda olan 2016-cı ildə beynəlxalq meydanda böyüklər, gənclər və yeniyetmələr arasında Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında və digər mötəbər turnirlərdə üst-üstə 255 medal – 62 qızıl, 61 gümüş və 132 bürünc mükafat qazanmışlar.

Azərbaycanın ən yaxşı güləşçilərinin avqustda Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş XXXI Yay Olimpiya Oyunlarında böyük uğurları xüsusi qeyd olunmalıdır. Təmsilçilərimiz Olimpiadada güləşin üç növündə (sərbəst, yunan-Roma və qadın güləşi) 14 nəfərə 9 medal – 3 gümüş və 6 bürünc mükafat qazanaraq ölkəmizdə gözəl ənənələri olan bu idman növünün tarixinə yeni parlaq səhifə yazmışlar.

Yeni, 2017-ci il də beynəlxalq yarışlarla zəngin olacaq. Azərbaycan güləşçiləri bu startlarda da, xüsusən də mayda Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında pərəstişkarlarını yüksək nailiyyətlərlə sevindirmək əzmindədirlər.

 

Şahmatçımız erməni rəqibinə qalib gəlib, vahid lider oldu

 

Azərbaycanın qadınlardan ibarət milli komandasının üzvü Xəyalə Abdulla Birləşmiş Ərəb Əmirliklərində keçirilən 7-ci Şərci kuboku turnirinin altıncı turunda qara fiqurlarla Ermənistan şahmatçısı Mariya Gevorkyana qalib gəlib, turnir cədvəlində vahid lider mövqeyinə yüksəlmişdir.

Bu tur digər şahmatçımız Turan Əsgərova üçün də uğurlu olmuşdur. O,  yarış sahiblərinin nümayəndəsi Əl-Həmmadi Fatima Hüseyn üzərində qələbə qazanmışdır.

Finişə üç tur qalmış turnir cədvəlinə tək-tənha başçılıq edən X.Abdullanın 5,5 xalı vardır və o, ən yaxın izləyicisi Anna Zozulyadan (Belarus) yarım addım irəlidədir. Turan isə 4 xalla 12-ci yeri tutur.

Dünən keçirilmiş yeddinci turda Xəyalə ağ fiqurlarla digər erməni rəqib Armine Babayanı sınağa çəkmişdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında