Kubok meydanında dörd rəqib qalır

Futbol üzrə Azərbaycan kuboku yarışlarında dörddəbir final mərhələsinin cavab görüşləri oynanılmış və  bütün yarımfinalçılar məlum olmuşdur.

Fəxri mükafat uğrunda mübarizəni davam etdirmək hüququnu “Qarabağ”, “Qəbələ”, “İnter” və “Neftçi” komandaları qazanmışlar. Ağdam klubu “Sumqayıt”ı birinci oyundakı kimi, cavab görüşündə də böyük hesabla məğlubiyyətə uğratmış (6:0-dan sonra 5:2), “Qəbələ” AZAL üzərində iki qələbə qazanmış (2:1, 1:0), “İnter” futbolçuları “Kəpəz”dən güclü olmuş (2:0, 0:0), “Neftçi” isə iki oyunun yekununda topların fərqinə görə “Zirə”yə qalib gəlmişdir (3:0, 1:2)

Yarımfinalda “Qarabağ”-“Neftçi” və “İnter”-“Qəbələ” görüşləri keçiriləcəkdir. Bu mərhələnin oyunları 2017-ci il martın 30-na və aprelin 5-nə təyin edilmişdir.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında