Superliqada lider dəyişdi

Qadın voleybol komandaları arasında Azərbaycan Superliqasında növbəti oyun olmuşdur. Altınci tura təsadüf edən bu görüşdə “Azərreyl” voleybolçuları “Azəryol”la qarşılaşmış və mübarizənin taleyini üç hissədə öz xeyirlərinə həll etmişlər—3:0.

Bu qələbə “Azərreyl”ə turnir cədvəlində “Telekom”u birinci mövqedən sıxışdırmaq imkanı vermişdir. Lider 7 oyunda 16 xal toplamışdır. İkinci pillədə irəliləyən “Telekom”un 15  xalı var (6 görüşdən sonra). Üçüncü yeri isə 10 xalla “Azəryol” tutur.

Xatırladaq ki, Superliqanın bugünkü liderləri artıq Çempionlar Liqasında da çııxışlarına başlamışlar. “Azərreyl”  qrup mərhələsinin ilk görüşündə Polşanın “Tauron” komandasına qalib gəlmiş – 3:1, “Telekom” isə İtaliyada “Konelyano” klubuna məğlub olmuşdur – 0:3.

Təmsilçilərimiz Çempionlar Liqasında ikinci turun görüşlərini gələn il keçirəcəklər. “Azərreyl” yanvarın 11-də İstanbulda “Fənərbaxça”nın qonağı olacaq, “Telekom” isə bundan bir gün əvvəl Bakıda Polşanın “Çemik Polis” klubunu qəbul edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında