İDMAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Eltac Səfərli Londonda fərqlənmişdir

 

Azərbaycan şahmatçısı Eltac Səfərli İngiltərə paytaxtında finişə çatmış “London chess classic” yarışları proqramına daxil olan və 475 iştirakçının mübarizə apardığı superrapid turnirində bir görüşdə belə uduzmayaraq gümüş mükafat qazanmışdır.

Qrossmeysterimiz 10 oyunda 7 qələbə, 3 heç-heçə sayəsində 8,5 xal toplamış və ikinci yeri tutmuşdur. Səfərli yarışın qalibi rusiyalı Valentina Quninadan yarım xal geri qalmışdır. Üçüncü mükafata fransız Etyen Bakro sahib olmuşdur – 8 xal.

Şərсi kuboku uğrunda

Birləşmiş Ərəb Əmirliklərində keçirilən qadın şahmatçılar arasında Şərci kuboku turniri öz bayrağı ətrafına 40 iştirakçı toplamışdır. Onlardan beşi qrossmeysterdir. Yarış İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir.

Turnirdə Azərbaycan iki şahmatçı ilə təmsil olunur. Xəyalə Abdulla startda hər iki rəqibinə qalib gələrək 2 xalla liderlər qrupunda irəliləyir, Turan Əsgərova isə iki görüşdə 1 xal qazanmışdır.

Ənənəvi turnir finişin astanasında

Meksikanın Merida şəhərində keçirilən ənənəvi beynəlxalq şahmat turniri tədricən finişə yaxınlaşır.  Sayca 28-ci dəfə təşkil olunan və 150-yə qədər rəqibin çıxış etdiyi yarışda doqquz turdan səkkizi artıq arxada qalmışdır.

Turnir cədvəlinə 7 xala malik kubalı Lazaro Batista Bruzon başçılıq edir. İkinci pillədə irəliləyən rusiyalı Aleksandr Şimanov liderdən yarım addım geri qalır. Bir qrup iştirakçı, o cümlədən azərbaycanlı qrossmeyster Vasif Durarbəyli 6 xal toplamışdır.

Sonuncu, doqquzuncu tur turnirin qalib və mükafatçılarının müəyyənləşməsində həlledici olacaq.

 

Fransanın ən yaxşı futbolçusu

 

Rusiyanın R-Sport agentliyinin Fransanın “France football” nəşrinin saytına istinadla bildirdiyi kimi, bu məşhur jurnal İspaniyanın “Atletiko” klubunun və Fransa yığma komandasının hücumçusu Antuan Qrizmann 2016-cı ildə Fransanın ən yaxşı futbolçusu hesab edib.

A.Qrizmann bu mükafatın tarixində 59-cu laureatdır. Başa çatmaqda olan ildə o, “Atletiko” ilə birlikdə Çempionlar Liqası turnirinin finalına çıxmış, burada komandası Madridin “Real” klubuna uduzmuşdur (1:1, penaltilərlə 3:5). Qrizmann həmçinin Fransada keçirilmiş Avropa çempionatında öz ölkəsinin yığma heyətində finalda oynamışdır. Həlledici görüşdə fransızlar portuqaliyalı rəqiblərinə məğlub olmuşlar (0:1). Qrizmann isə 6 qolla çempionatın ən məhsuldar futbolçusu olmuşdur. Antuan həmçinin birinciliyin ən yaxşı oyunçusu hesab edilmişdir.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında