Gəncə və Göygöl “Olimpiya hərəkatı-2017”yə qoşulur

Gəncə şəhər Gənclər Mərkəzində Milli Olimpiya Komitəsinin (MOK), Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olimpiya hərəkatı–2017” məktəblilərin kütləvi idman proqramının II mövsümünün təqdimatı keçirilib.

MOK-dan AZƏRTAC-a bildiriblər ki, təqdimat Gəncə və Göygöl şəhər məktəbləri, həmçinin proqramın digər tərəfdaşları üçün təşkil olunub.

“Olimpiya hərəkatı-2017” proqramının əsas məqsədi Olimpiya Oyunlarının atletika, velosiped, basketbol 3x3, badminton və voleybol 2x2 idman növləri vasitəsilə şagirdləri sağlam və fəal həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir. 2015-ci ildə Bakıda 52 min şagirdin iştirakı ilə başlayan “Olimpiya hərəkatı” proqramı bu dəfə Bakı ilə yanaşı, Sumqayıt, Göygöl və Gəncə məktəblərini də əhatə edəcək.

Təqdimat mərasimində iştirak edən Milli Olimpiya Komitəsinin nümayəndəsi Ruslan Məmmədov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Ərşad Nəsibov, Təhsil Nazirliyinin nümayəndəsi Arzu Qarayev Azərbaycanda keçirilən bu irimiqyaslı layihə haqqında ətraflı məlumat veriblər.

Daha sonra Gəncə və Göygöl ümumtəhsil orta məktəblərinin direktor və fiziki tərbiyə müəllimlərinin oyunlarla bağlı sualları cavablandırılıb. Həmçinin proqramın birinci mövsümündə həyata keçirilən fəaliyyətlər haqqında videoçarx nümayiş olunub.

Məktəblilərin “Olimpiya hərəkatı” proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edir. Proqramın ölkəmizdə icrasına 2015-ci ildə başlanılıb. Bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayır.

Proqramın 2016–2017-ci tədris ilini əhatə edən ikinci mövsümündə dörd şəhərdən idmanın beş növü üzrə 100 mindən çox şagirdin iştirakı gözlənilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında