Azərbaycan şahmatçıları Estoniya və Meksikada

Dünən Estoniyanın paytaxtı Tallinndə Paul Keresin anadan olmasının 100 illiyinə həsr edilmiş rapid və blits üzrə Avropa çempionatına start verilmişdir.

Birinci olaraq rapid turnirinin iştirakçıları mübarizəyə başlamışlar. Çempionatın medalları uğrunda 581 nəfər, o cümlədən 84 qrossmeyster rəqabət aparır. Onlardan üçü Azərbaycan şahmatçısıdır.

Reytinqə görə turnir iştirakçılarının siyahısına Teymur Rəcəbov (2788) başçılıq edir. Birinci üçlüyə, həmçinin rusiyalı Dmitri Andreykin (2743) və belaruslu Sergey Jiqalko (2728) daxildirlər.

Azərbaycanın digər təmsilçiləri Arkadi Naydiç (2672) və Rauf Məmmədov (2670) siyahıda müvafiq surətdə 20-ci və 21-cidirlər.

Rapid üzrə Avropa çempionatına bu gün yekun vurulacaq. Növbəti iki gündə blits yarışının qalib və mükafatçıları müəyyənləşəcək.

Azərbaycanın daha bir şahmatçısı Vasif Durarbəyli isə bu günlər Meksikanın qonağıdır. Merida şəhərində qrossmeyster Karlos Torre Penettonun xatirəsinə həsr edilmiş klassik şahmat üzrə beynəlxalq  turnirdə  140-a yaxın rəqib yarışır. Onlardan 26-sı qrossmeysterdir.

İsveçrə sistemi üzrə keçirilib, doqquz turdan ibarət turnirdə birinci raundun görüşləri dünən oynanılmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında