İkiqat qızıl komanda

Azərbaycanın kişilərdən ibarət milli taekvondo komandası artıq ikiqat dünya çempionu adını daşıyır. Ötən ilin dekabrında Meksikada keçirilimiş dünya çempionatında fəxri kürsünün zirvəsinə yüksəlmiş dayanq ustalarımız Bakıda, “Sərhədçi” Olimpiya İdman Mərkəzində yenicə başa çatmış növbəti DÇ-də həmin müvəffəqiyyəti təkrar edərək ardıcıl ikinci dəfə böyük qələbə sevinci yaşamışlar.

Məhəmməd Məmmədov (-63 kq), Ayxan Tağızadə, Sina Bəhrami (hər ikisi -68 kq), Səid Quliyev (-74 kq), Milad Harçeqani (-80 kq) və Radik İsayevdən (+87 kq) ibarət Azərbaycan millisi istər qrup mərhələsində Belçika və ABŞ yığmalarına, istərsə də yarımfinalda Türkiyə komandasına, finalda isə Koreya Respublikası taekvondoçularına inamla qalib gəlmiş və öz tarixinə daha bir parlaq səhifə yazmışdır.

Əgər komandalararası dünya çempionatından əvvəl elə həmin “Sərhədçi”də dünya “Qran-pri”sində Harçeqaninin qazandığı qızıl medalı da xatırlasaq, həqiqətən, Azərbaycan taekvondoçuları Olimpiya ili olan 2016-cı ili yaxşı əhval-ruhiyyə ilə başa vururlar. Rio-de-Janeyro Olimpiadasında tarixi nailiyyəti ilə bütün idman aləminin diqqətini cəlb edən (İsayev Braziliyada qızıl, Harçeqani və Patimat Abakarova bürünc medallar qazanmışlar) taekvondo ustalarımız ilin finişində dünya çempionatında öz üstünlüklərini bir daha sübuta yetirmişlər.

Azərbaycan paytaxtında dünya çempionatında kişilərin yarışında bürünc mükafatlara Türkiyə və Belçika komandaları, qadınların mübarizəsində isə Türkiyə və Rusiya yığmaları sahib olmuşlar. Harçeqaninin dünya çempionatının “Ən yaxşı kişi idmançısı” adına layiq görüldüyünü də qeyd edək.

Oqtay BAYRAMOV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında