İDMAN

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Klassiklər” üçüncü, “sərbəstlər” yeddinci olmuşlar

 

Artıq xəbər verildiyi kimi, Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş qeyri-Olimpiya çəki dərəcələrində sərbəst güləş, yunan-Roma və qadın güləşi üzrə dünya çempionatında Azərbaycan altı idmançı ilə təmsil olunmuşdu (hər turnirdə iki nəfərlə). Onlardan sərbəst üsulla güləşən Əhmədnəbi Qvarzatilov (61 kq) və yunan-Roma güləşi ustası Həsən Əliyev (71 kq) bürünc medal qazanmışlar.

İndi həmin xəbərə bunu da əlavə edə bilərik ki, “klassiklər” komanda hesabında Macarıstan (18 xal) və Rusiyadan (6 xal) sonra  9 xalla üçüncü nəticə göstərmişlər, “sərbəstlər” isə (8 xal) yeddinci yeri tutmuşlar. Sərbəst güləşənlərin turnirinin qalibi Rusiya komandası olmuşdur – 18 xal. İkinci – üçüncü yerləri tutan İran və ABŞ komandaları hərəyə 14 xal toplamışlar.

 

Kriştianu Ronaldu “Qızıl top”u böyük üstünlüklə qazanıb

 

İspaniyanın “Real”  (Madrid)  klubunun və Portuqaliya milli komandasının hücumçusu Kriştianu Ronaldu Fransanın “France Football”  jurnalının jurnalistlər arasında keçirdiyi səsvermə nəticəsində ilin ən yaxşı futbolçusuna təqdim olunan “Qızıl top” mükafatına layiq görülüb. Fəxri mükafatın sahibi 745 səs qazanaraq səsvermədə böyük üstünlüklə qalib gəlib.

K.Ronaldu 2016-cı ildə Portuqaliya yığması heyətində Avropa çempionu olmuş, “Real” ilə birlikdə isə Çempionlar Liqası turnirində və UEFA Superkubokunda qalib gəlmişdir.

İkinci yeri ötən illərdə “Qızıl top”un beşqat sahibi olmuş İspaniyanın “Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi (316 xal), üçüncü yeri isə İspaniyanın “Atletiko” (Madrid) klubunun və Fransa millisinin hücumçusu Antuan Qrizmann (198 xal) tutmuşlar.

Səsvermə nəticəsində birinci beşliyə həmçinin  Luis Suares (“Barselona” və Uruqvay yığması) və Neymar (“Barselona” və Braziliya milli komandası) daxil olmuşlar.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında