İDMAN

 

 

 

 

 

 

 

 

 

Dünya reytinq cədvəlinə Azərbaycan boksçusu başçılıq edir

 

Beynəlxalq Həvəskar  Boks Assosiasiyası (AİBA) kişi və qadın rinq ustalarının növbəti reytinq cədvəlini dərc etdirmişdir.

Təmsilçilərimiz arasında ən yaxşı göstəriciyə dünya çempionu Elvin Məmişzadə malikdir. O, 52 kq çəki dərəcəsində dünya reytinq cədvəlinə başçılıq edir.

Azərbaycan milli komandasının digər üzvlərindən Albert Səlimov (60 kq),  Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Lorenso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Teymur Məmmədov (81 kq) və Abdulqadir Abdullayev (91 kq) öz çəki dərəcələrində üçüncü yeri tuturlar. Tayfur  Əliyev (56 kq) onuncu, Rio-2016-nın bürünc medalının sahibi Kamran Şahsuvarlı (75 kq) on birincidir.

Qadın boksçularımızdan isə Yana Alekseyevna (60 kq) dördüncü, Yelena Vıstropova (69 kq) altıncı, Anna Əlimərdanova (54 kq) onuncu yerdədirlər.

 

Çempionlar Liqası: fevraladək fasilə

 

UEFA Çempionlar Liqası yarışlarında qrup mərhələsi görüşlərinə yekun vurulmuş və Avropanın ən mötəbər klub turnirində mübarizəni davam etdirəcək 16 komanda məlum olmuşdur.

Bunlar qrupların qalibləri İngiltərənin “Arsenal”, “Lester”, İspaniyanın “Atletiko”, “Barselona”, İtaliyanın “Napoli”, “Yuventus”, Almaniyanın “Borussiya” (Dortmund), Fransanın “Monako” komandaları,  qruplarda ikinci yeri tutmuş Almaniyanın “Bayer”, “Bavariya”, İspaniyanın “Real”, “Sevilya”, Portuqaliyanın “Benfika”, “Portu”, İngiltərənin “Mançester Siti” və Fransanın “Pari-Sen-Jermen” klublarıdır.

Səkkizdəbir finalın püşkü dekabrın 12-də İsveçrənin Nyön şəhərində atılacaq. Bu mərhələnin ilk oyunları 2017-ci ilin fevral ayında, cavab görüşləri isə martda keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında