İ d m a n

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Qran-pri”də yarışacaq heyət məlumdur

 

Xəbər verdiyimiz kimi, dekabrın 9-10-da Bakıda, “Sərhədçi” İdman Olimpiya Mərkəzində kişi və qadınlar arasında taekvondo üzrə dünya “Qran-pri”sinin final mərhələsi keçiriləcək.

Kişilərin turnirində çıxış edəcək azərbaycanlı dayanq ustalarının heyəti artıq məlumdur. Bu barədə azerisport-un yaydığı xəbərdə bildirilir ki, turnirin medalları uğrunda mübarizədə ölkəmizi Rio-de-Janeyro Olimpiadasının çempionu Radik İsayev (+80 kq), həmin Oyunların bürünc mükafatçısı Milad Beiqi Hərçəqani (80 kq), Ayxan Tağızadə
(68 kq) və komandanın yeni üzvü Roman Samodurov (58 kq) təmsil edəcəklər.

Onu da qeyd edək ki, “Qran-pri”nin qalibi 6000, ikinci-üçüncü yerlərin sahibləri isə müvafiq surətdə 3000 və 1000 dollar mükafat alacaqlar.

 

“Fiorentina” Bakıya səfər ərəfəsində qələbə qazanıb

 

UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinin sonuncu, altıncı turunda Ağdamın “Qarabağ” komandasının rəqibi İtaliyanın “Fiorentina” klubu “A” seriyasının 15-ci turunda “Palermo”nu qəbul edib və 2:1 hesabı ilə qələbə qazanıb. Bu müvəffəqiyyətdən sonra “Fiorentina” 23 xalla İtaliya çempionatının turnir cədvəlində 8-ci yerdədir.

“Qarabağ” isə hazırda Topaz Premyer Liqasında 31 xalla vahid liderdir. Azərbaycan çempionu ölkə kuboku yarışlarında da məqsədə doğru inamla irəliləyir. “Qarabağ” dörddəbir finalda “Sumqayıt”la qarşılaşacaq. Bu mərhələdə, həmçinin “Zirə”–“Neftçi”, “İnter”–“Kəpəz” və “Qəbələ”–AZAL görüşləri keçiriləcəkdir.

 

İlin finişində dünya çempionatı

 

Dekabrın 26-30-da Dohada keçiriləcək rapid və blits üzrə dünya çempionatı 2016-cı ilin sonuncu mötəbər şahmat hadisəsi olacaq. Qətər paytaxtında Azərbaycan milli komandamızın üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və Arkadi Naydiç ilə təmsil olunacaq.

Reytinqə görə, qarşıdakı yarış iştirakçılarının siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2853) başçılıq edir. Məmmədyarov (2762) bu göstəriciyə görə yeddincidir.

Dünya çempionatı İsveçrə sistemi üzrə keçiriləcək. Rapid turniri 15, blits yarışı 21 turdan ibarət olacaq. Rəqiblər əvvəlcə rapid çempionatında mübarizə aparacaq (26-28 dekabr), sonrakı iki gündə blits yarışında iştirak edəcəklər.

Dohada dünya çempionatından əvvəl isə dekabrın 15-16-da Tallinndə şahmatın elə həmin növləri üzrə Avropa çempionatı keçiriləcəkdir. Azərbaycanlı qrossmeysterlər Estoniya paytaxtında da qitə çempionatının medalları uğrunda mübarizə aparacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında