Taekvondoçular üçün ilin son sınaqları

Dekabrın 9-10-da “Sərhədçi”  İdman Olimpiya Mərkəzində keçiriləcək kişi və qadınlar arasında taekvondo üzrə dünya “Qran-pri” turnirinin final mərhələsi 2016-cı ildə paytaxtımızda təşkil edilən son beynəlxalq yarışlardan biri olacaq.

İdmanın bu növünün pərəstişkarları iki gün davam edəcək turnirdə bir çox məşhur taekvondo ustasının çıxışını izləmək imkanı qazanacaqlar. İndi yarışa hazırlıq prosesinin son mərhələsidir.

Qarşıdakı görüşlərdə “Qran-pri”nin iştirakçıları təkcə medallar uğrunda mübarizə aparmayacaq, həm də reytinq xalları qazanmağa çalışacaqlar. Azərbaycan Taekvondo Federasıyasının saytında bildirildiyi kimi, yarışda qızıl medal qazanan idmançıya 80 reytinq xalı veriləcək. İkinici-üçüncü mükafatçılar isə müvafiq surətdə 48 və 28,8 xal qazanacaqlar.

Dekabrın 12-13-də isə elə həmin “Sərhədçi”də dünya komanda çempionatı keçiriləcəkdir. Həm qadınların, həm də kişilərin yarışında çempionluq, habelə gümüş və bürünc medallar uğrunda səkkiz komanda mübarizə aparacaq.

Finişə yaxınlaşmaqda olan 2016-cı il Azərbaycan taekvondoçuları üçün Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında böyük müvəffəqiyyət – 1 qızıl və 2 bürünc  medalla əlamətdar olub. Şübhəsiz, dayanq ustalarımız ili də yüksək nəticələrlə başa vurmağa çalışacaqlar.

Oqtay BAYRAMOV,
  “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında